Accessibility links

Arif Hacılı: Müsavatda tərəflər mövcud deyil [Video-Müsahibə]


Arif Hacılı: Müsavatda tərəflər mövcud deyil
please wait

No media source currently available

0:00 0:03:22 0:00

Arif Hacılı: Müsavatda tərəflər mövcud deyil

Müsavat Partiyası başqanının Amerikanın Səsinə müsahibəsi

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində partiyada qurultaydan sonrakı durum, qarşıdakı bələdiyyə və parlament seçkilərindən danışıb.

Amerikanın Səsi: Müsavat Partiyası daxilində baş verən prosesləri necə qiymətləndirirsiniz?

Məsələlər yoluna düşür, partiyadaxili münasibətlər stabilləşir.

Arif Hacılı: Seçki sonrası fəsadlardır. Hesab edirəm ki, yaxın vaxtlarda aradan qalxacaq. Seçkilərinn nəticələrindən narazaı qalan bəzi adamlar var və onlar narazılıqlarını ifadə edib. Hesab edirəm ki, məsələlər yoluna düşür, partiyadaxili münasibətlər stabilləşir.

Amerikanın Səsi: Partiya daxilində fraksiya yaradılmasına necə baxırsınız? Onlar fraksiya yaradacaqlarını bəyan edib.

Hər hansı fraksiya yaranmayacaq.

Arif Hacılı: Nizamnamədə fraksiya yaradılması nəzərdə tutulmur. Düşünürəm ki, hər hansı fraksiya yaranmayacaq.

Amerikanın Səsi: Partiyada parçalanma ehtimalı ola bilərmi?

Parçalanma olmayacaq.

Arif Hacılı: Partiyada ayrı-ayrı narazı adamlar var. Onların bir neçəsinin Müsavat Partiyası sıralarından çıxması mümkündür. Ancaq parçalanma olmayacaq.

Amerikanın Səsi: Müsavat Partiyası Müsavata qarşı, Müsvatın indiki rəhbərliyinə qarşı çıxanlala bağlı onların partiyadan uzaqlaşdırılması kimi sərt qərarlar qəbul edə bilərmi?

Nizamnamə çərçivəsində hər hansı bir tənqidi münasibətə görə cəza verilməsi nəzərdə tutulmur.

Arif Hacılı: Müsavat Partiyası nizamnaməsinə, qanunlara uyğun olaraq fəaliyyət göstərən bir təşkilatdır. Təbii ki, istənilən halda hüquqi mexanizmlər olmadan normal demokratik quruluş yaratmaq mümkün deyil. Nizamnamə çərçivəsində hər hansı bir tənqidi münasibətə görə cəza verilməsi nəzərdə tutulmur. Müsavat yeganə partiyadır ki, hətta qərarlar qəbul edildikdən sonra bu qərarlara qarşı çıxmaq nizamnamə pozuntusu sayılmır. Amma nizamnaməyə zidd olan hansısa addımlar atılacaqsa təbii ki, müvafiq strukturlar bu məsləsni müzakirə edəcək.

Amerikanın Səsi: Qarşı tərəfin yenidən qurulytay keçirilməsi ilə bağlı bəyanatlarına münasibətiniz necədir?

Müsavat Partiyasının qurultayının keçirilməsinə zərurət yoxdur və qurultay keçirilməyəcək.

Arif Hacılı: Müsavatda hər hansı tərəflər mövcud deyil. Hesab edirəm ki, Müsavat Partiyasının nizamnaməsi bu məslələrin hər birini nizamlayır. Yaxın zamanlarda Müsavat Partiyasının qurultayının keçirilməsinə zərurət yoxdur və qurultay keçirilməyəcək.

Amerikanın Səsi: Müsavat Partiyası bələdiyyə seçkilərində niyə iştirak etmədi? Səbəbi nədir?

Seçkilərdə müşahidə missiyasını həyata keçirəcəyik və seçkilərin nəticələrinə qiymət vermək niyyətindəyik.

Arif Hacılı: Biz bələdiyyələrin həm kifayət qədər təsir imkanlarının olmaması, eyni zamanda seçkilərin demokratik keçiriləcəyinə inam olmaması ilə bağlı mövqeləri nəzərə alaraq seçkilərdə iştirak məsələsini partiya üzvləri üçün sərbəst buraxmışıq. Bəzi rayonlarda partiya üzvləri bələdiyyə seçkilərində iştirak edir. Ancaq üzvlərimizin iştirak edib-etməməsindəm asılı olmayaraq seçkilərdə müşahidə missiyasını həyata keçirəcəyik və seçkilərin nəticələrinə qiymət vermək niyyətindəyik.

Amerikanın Səsi: Gələn il ölkədə parlament seçkilərdir. Müsavat Partiyası parlament seçkilərində iştirak edəcəkmi?

Seçkilrədə iştirak etməyə meylliyik.

Arif Hacılı: Biz, ümüumiyyətlə hər hansı seçkilrədə iştirak etməyə meylliyik. Çalışacağıq ki, parlament seçkiləri dövrünədək seçkiqabağı demokratik şərait indikindən fərqli olsun, eyni zamanda seçki qanunvericiliyində müəyyən islahatlar aparılsın. Bu sahədə müəyyən təkliflərimiz, düşüncələrimiz var. Bu istiqamətdə fəaliyyətə artıq başlamışıq.

XS
SM
MD
LG