Accessibility links

Müsavat başqanı Avropa İttifaqında avrointeqrasiya məsələlərini müzakirə edib


Arif Hacılı Avropa İttifaqında
Arif Hacılı Avropa İttifaqında

Müsavat Partiyasının basqanı Arif Hacılı Avropa İttifaqının dəvəti ilə ötən həftə Brüsseldə səfərdə olub. O bu gün keçirdiyi mətbuat konfransında səfərinin yekunlarını uğurlu adlandırıb.

Müsavat Partiyasınəın mətbuat xidmətinin məlumatına görə, Avropa Parlamentində iki gün davam edən müzakirələr, çoxtərəfli və ikitərəfli görüşlər zamanı bir sıra əhəmiyyətli mövzular müzakirə edilib.

“Şərq Tərəfdaşlığı” mövzusunda keçirilən müzakirələr zamanı “Şərq Tərəfdaşlığı” proqramının perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb. Rusiya-Ukrayna konflikti, Dağlıq Qarabağ, Pridnestovye münaqişələri, Rusiya-Gürcüstan münasibətləri Avrointeqrasiyaya prosesinə və demokratik inkişafa mane olan faktorlar kontektstində müzakirə olunub.

Proqramda iştirak edən ölkələrdə insan haqlarının və azadlıqların təmin edilməsi sahəsində vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Müzakirələrə əsasən postsovet ölkələri daxil olmaqla müxtəlif ölkələrdən əsas siyasi partiyalar iştirak edib.

Toplantıda Müsavat Partiyasının başqanı geniş məruzə ilə çıxış edib. Çıxışda Azərbaycanda və regionda baş verənlərin ümumilikdə demokratik inkişafa və Avrointeqrasiya prosesinə təsirindən, Qarabağ münaqişəsi, Ukraynada baş verən hadisələr haqqında, ölkədə insan haqlarının vəziyyəti, qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələləri haqqında danışib.

Arif Hacılı mühacirətdə olan müsavatçılarla görüşür
Arif Hacılı mühacirətdə olan müsavatçılarla görüşür

Arif Hacıli səfər cərçivəsində “Liberal demokratik perspektivdə Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçirilən müzakirələrdə iştirak etməklə yanaşı,Avropa və post-sovet məkanı ölkələrinin dövlət xadimləri, siyasi partiya rəhbərləri ilə bir sıra görüşlər keçirib.

Müsavat başqanı ilə Avropa Liberal Demokrat İttifaqının (ALDE) prezidenti Guy Verhofstadt, Avropa Parlamentinin xarici siyasət məsələləri üzrə koordinatoru Hans van Baalen, ALDE-nin vitse-prezidenti Pavel Telicka, Avropa Parlamenrtinin üzvü, ALDE-nin rəhbər şəxslərindən olan Petras Austrevicius, Çexiyadan olan Avropa Parlamenrtinin İnsan Haqları üzrə Komissarı Vera Jourova, Finlandiyanın sabiq baş naziri Anneli Yaatteenmyaki, Rusiya müxalifətinin liderləri - keçmiş baş nazir Mixail Kasyanov, “Yabloko” təşkilatının sədri Sergey Mitroxin, Ukrayna Radasının üzvü Mukola Katerinçuk, Gürcüstan müxalifətinin təmsilçilərindən keçmis xarici işlər naziri Maya Pankidze və digər siyasi xadimlər arasında keçirilən görüşlərdə Azərbaycanın Avrointeqrasiya istiqamətində inkişaf perspektivləri, Azərbaycanda siyasi islahatlar, siyasi məhbuslar, Qarabağ probleminin ədalətli həlli məsələləri müzakirə olunub.

Görüşlər zamanı həmçinin Müsavat Partiyasi ilə Avropa İttifaqı srtrukturları, müvafiq siyasi və ictimai qurumlarla əməkdaşlıq perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması məsələləri müzakirə edilib.

Səfər çərçivəsində Müsavat Partiyası başqanı Avropada yaşayan mühacir müsavatçılarla görüş keçirib. Görüşdə Mühacir Müsavatçıların Koordinasiya Mərkəzinin yaradılması barədə qərar qəbul edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG