Accessibility links

Arif Hacılı: Bu böhranın anonsudur, böhran irəlidədir [Video-müsahibə]


Arif Hacılı: İndi böhranın olmadığını iddia etmək yox, böhrandan daha az itkilərlə çıxmaq lazımdır
please wait

No media source currently available

0:00 0:05:16 0:00

Arif Hacılı: İndi böhranın olmadığını iddia etmək yox, böhrandan daha az itkilərlə çıxmaq lazımdır

Müsavat Partiyasının başqanının Amerikanın Səsinə müsahibəsi

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində Nazirlər Kabinetinin növbədənkənar iclası, manatın devalvasiyası, qiymətlərin artması, iqtidar-müxalifət münasibətləri və böhrandan çıxış yollarından danışıb.

Amerikanın Səsi: Prezident İlham Əliyev Nazirlər Kabinetinin növbədənkənar iclasında ölkədəki durumu təhlil edib. Sizin fikrinizcə, prezidentin irəli sürdüyü arqumentlər ölkəni mövcud iqtisadi-sosial durumdan çıxarmaq üçün bəs edəcəkmi?

Belə görünür ki, hakimiyyət dairələri yaranmış vəziyyətin nə qədər acınacaqlı olduğunu, bütövlükdə Azərabaycanı hansı ciddi problemlərin gözlədiyini dərk etmir.

Arif Hacılı: Mən o çıxışa baxdım və orada mövcud vəziyyətdən çıxış yolları barədə hər hansı fikirlər eşitmədim. Çünki, həmişə olan müşavirələrə bənzər bir müşavirə idi. Yenə də bütün sahələr üzrə inkişafdan danışılırdı, eyni zamanda yenə də traferet olaraq qeyri-neft sektorunun inkişafından danışılırdı, ümumiyyətlə istehsal sahələrinin yaradılmasından danışılırdı. Yenə də, həmişəki kimi inzibati metodların tətbiq edilməsindən, prokurorluq orqanlarının iqtisadi münasibətlərə müdaxilə etməsindən danışılırdı. Ona görə də mən bu müşavirənin nəticəsində ölkədə hansısa dəyişikliklərin olacağına inanmıram. Belə görünür ki, hakimiyyət dairələri yaranmış vəziyyətin nə qədər acınacaqlı olduğunu, bütövlükdə Azərabaycanı hansı ciddi problemlərin gözlədiyini dərk etmir.

Amerikanın Səsi: Müsavat Partiyası anti-böhran təkliflər paketi ilə çıxış edib. Müsavatın təklifləri ilə iqtidarın təklifləri arasında fərqli və oxşar cəhətlər nədir?

Neft gəlirləri azalan kimi Azərbaycanda neft sektorunun və yerli istehsal sahələrinin mövcud olmadığı üzə çıxdı.

Arif Hacılı: Əsas fərqli cəhət ondan ibarətdir ki, Müsavat Partiyası real olaraq bu işlərin görülməsini tələb edir. Yəni, biz neçə illərdir ki, ölkədə istehsal sahələrinin yaradılmasının zəruriliyindən danışırıq, regionların inkişafı dedikdə olimpiya komplekslərinin, lazımsız muzeylərin, mərkəzlərin açılmasını yox, yerli istehsal sahələrinin açılmasını, aqrar sahəyə vəsait qoyulmasını, aqrar sahənin inkişaf etdirilməsini və sairədən danışırıq. Ancaq Azərbaycan hakimiyyəti faktiki olaraq buna bənzər bəyanatlar versə də, qeyri-neft sektorunu inkişaf etdirdiyini bəyan etsə də, aqrar sektora vəsait ayrıldığını, bu sahənin inkişaf etdirildiyini, ümumiyyətlə regionların inkişaf etdirildiyini bəyan etsə də əslində, fakitiki olaraq bu istiqamətlərdə hakimiyyətin real addımları yoxdur. İndiki böhran şəraiti də bizim dediklərimizi təsdiq edir. Neft gəlirləri azalan kimi Azərbaycanda neft sektorunun və yerli istehsal sahələrinin mövcud olmadığı üzə çıxdı.

Amerikanın Səsi: Müsavat Partiyası mövcud böhranı qəbul edirmi? Böhrandan çıxış yollarını nədə görür?

Azərbaycan sürətlə iqtisadi, humanitar fəlakətə doğru gedir.

Arif Hacılı: Əlbəttə, ölkə ciddi bir böhran içərisindədir. Həm siyasi böhran mövcuddur, çünki Azərbaycan cəmiyyətində bir qarşıdurma şəraiti var. Ölkədə yüzədək siyasi məhbus var, insanların fundamental hüqüq və haqları daim pozulur. Xarici siyasət sahəsində çox ciddi böhran mövcuddur. Azərbaycan faktiki olaraq beynəlxalq birlikdən təcrid olunmuş vəziyyətə düşüb. Eyini zamanda, iqtisadi böhran mövcuddur. Çünki qiymətlər hər gün bahalaşır, hal-hazırda valyutadəyişmə məntəqələri işləmir, banklar xarici valyuta satmır, ticarət münasibətləri faktiki olaraq pozulub, iqtisadi münasibətlər pozulub. Azərbaycan sürətlə iqtisadi, humanitar fəlakətə doğru gedir. Hesab edirəm ki, indiki şərait hələ böhranın anonsudur, böhran irəlidədir, yaxın aylarda böhranın nəticələrini Azərbaycan daha ciddi şəkildə görəcək. Ona görə də hal-hazırda çox ciddi təsirli tədbirlər görərək bu böhrandan mümkün qədər az ziyanla çıxmaq barədə düşünmək lazımdır.

Amerikanın Səsi: Mövcud vəziyyətdən çıxışla bağlı müxalifət və iqtidar arasında dialoq mümkündürmü? Təşəbbüslər varmı?

Hakimiyyətlə müxalifət nümayəndələrinin bu məsələləri birlikdə müzakirə etməsi mümkündür.

Arif Hacılı: Mən ümumiyyətlə televiziya debatlarının təşkil olunması təklifini irəli sürmüşəm. Siyasi partiya rəhbərləri, sahə üzrə mütəxəssislər, hakimiyyət və müxalifət nümayəndələri bu məsələləri müzakirə etsin, yəni bu mövzuda ictimai disskusiyalar təşkil olunsun. Təbii ki, indiki siyasi şəriatdə Azəarbaycanı çox çətin vəziyyət gözləyir. Belə bir məqamda bu məsələ artıq ümummilli məsələyə çevrilib. Ona görə, faktiki olaraq hakimiyyətlə müxalifət nümayəndələrinin bu məsələləri birlikdə müzakirə etməsi mümkündür.

Amerikanın Səsi: Problemlər nədir? Ölkəni qarşıdakı aylarda nələr gözləyir?

Ölkə 2016-2017-ci illərdə ciddi qarşıdurma vəziyyətinə düşəcək.

Arif Hacılı: Hesab edirəm ki, Azərbaycan çox çətin bir dövrə qədəm qoyur. 2016-2017-ci illər Azərbaycan üçün çox çətin illər olacaq, çox dərin böhran illəri olacaq. Azərbaycan hakimiyyətinin son davranışları, xüsusilə siyasi məhbusları azad etməməsi, son parlament seçkilərində bütövlükdə, nəinki yalnız siyasi partiyaları, Azərbaycan cəmiyyətini iqnor edərək, siyahı ilə parlamenti formalaşdırması, insan hüquq və azadlıqlarını tapdaması, beynəlxalq siyasət sahəsində, xarici siyasətdə yol verdiyi ağır, bağışlanılmaz nöqsanlar onu göstərir ki, ölkə 2016-2017-ci illərdə ciddi qarşıdurma vəziyyətinə düşəcək. Biz Azərbaycan hakimiyyətinə bir daha bildirmək istəyirik ki, indi böhranın olmadığını iddia etmək yox, böhrandan daha az itkilərlə çıxmaq barədə düşünmək lazımdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG