Accessibility links

Müsavat başqanına xəbərdarlıq edilib (Yenilənib )


Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəisi Seyfulla Əzimovla görüşüb.

Müsüvat Partiyasının məlumatında deyilir ki, BMCMİ-nin rəisi Arif Hacılıya bildirib ki, onlarda son günlər Siyəzəndə, Lənkəran və digər rayonlarda baş verən kütləvi etiraz aksiyalarının təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. Seyfullah Əzimov bu görüşün məqsədinin həmin məlumatlarla bağlı Müsavat Partiyasına xəbərdarlıq edilməsi olduğunu bildirib. Arif Hacılı isə ona cavab olaraq bildirib ki, Müsavat Partiyası hələ ki kütləvi aksiyalar barədə qərar verməyib: “Bildirdim ki, Müsavat Partiyası tərəfindən kütləvi aksiyaların keçirilməsinə dair qərar qəbul edildikdə, bununla bağlı Konstitusiyaya uyğun olaraq müvafiq dövlət orqanlarına rəsmi məlumat veriləcək”, Müsavatın məlumatında deyilir.

Yanvarın 13-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər.

Müsavat Patiyasının məlumatına görə, BMCMİ-nin nümayəndələri idarənin rəisi Seyfulla Əzimovun Arif Hacılı ilə görüşüb söhbət etmək istədiyini bildirib. Söhbətin hansı mövzuya aid olduğu haqda söz deyilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG