Accessibility links

Leyla və Arif Yunusların məhkəməsi təxirə salınıb


Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)
Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi-alim Arif Yunusun işi üzrə iyulun 13-nə təyin edilən hazırlıq islası iyulun 15-i saat 10-dək təxirə salınıb. Bu barədə Amerikanın Səsinə Bakı Ağır Cinayətlər Məhkəməsində bildirblər.

Məhkəmənin təxirə salınmasının səbəbləri barədə məlumat verilmir. Hətta vəkillər də məhkəminin təxirə salınmasından xəbəsiz olub.

Bu gün səhər saatlarında məhkəminin qarşısına çoxsaylı diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, jurnalistlər toplaşıb.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyulun sonu-avqustun əvvəllərində həbs olunublar.

İbtidai istintaqın yekunlarına əsasən onlara qarşı qaldırlmış 274-cü maddə (dövlətə xəyanət) üzrə ittiham ayrıca icraata götürülüb.

Məhkəmədə A.Yunusun barəsində 178.3.2-ci maddə (küllü miqdarda ziyan vurmaqla dələduzluq), L.Yunusa qarşı isə 178.3.2 (küllu miqdarda dələduzluq), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödənişindən yayınma), 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması) ittihamları araşdırılacaq.

Leyla və Arif Yunuslar Amnesty İnternational tərəfindən “vicdan məhbusları” kimi tanınıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG