Accessibility links

Arif Yunus: İctimaiyyətə bir sözüm var - qorxmayın, qorxmayın... [Video-müsahibə]


Dövlətə xəyanətdə ittiham olunan tarixçi alimin Amerikanın Səsinə müsahibəsi

Dövlətə xəyanətdə ittiham olunan tarixçi alim Arif Yunus Amerikanın Səsinə müsahibəsində ona və həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı irəli sürülən ittihamlardan danışıb. Arif və Leyla Yunusa qarşı dövlətə xəyanət, dələduzluq və digər ittihamlar irəli sürülüb.

“Mən istintaqın verdiyi suallardan utanıram. Onların özünə də dedim ki, sizin suallara qulaq asanda utanıram. Çünki bilmirsən, güləsən ya ağlayasan”, Arif Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq İdarəsində dindirildikdən sonra bildirib.

Yunus tarixçi kimi bu müstəntiqlərlə danışanda 37-ci illərdə insanların keçirdiyi hissləri keçirdiyini deyib. “O zaman 37-ci illərdən yazırdıq, oxuyurduq, ancaq necə dövr olduğunu axıra qədər anlamırdıq. İndi mən başa düşdüm ki, o nə dövr idi. Çünki indi faktiki hər şey davam edir”.

O irəli sürülən ittihamların “tamamilə absurd” xarakter daşıdığını bildirib. “Biabırçılıqdır. Mən açıq dedim ki, siz qeyri professionalsınız. Çünki orada o qədər səhvlər var... hiss olunur ki, sifarişlə aparılan istintaqdır”.

A.Yunus qərardan şikayət verəcəklərini bildirib. “Biz ilk gündən, - hələ hava limanında saxlandığımız vaxtdan şikayət veririk. Pasportlarımızın alınması, hava limanında saxlanmağımız, hesablarımıza həbs qoyulması ilə bağlı şikayətlər etmişik. Şikayətləri axıradək, Avropa Məhkəməsinədək davam etdirəcəyik. Biz bilirik ki, ittihamlar absurd xarakter daşıyır”.

O hökumətə xatırladıb ki, “unutmasınlar gec-tez hər şeyin sonu var. Hələ ki, düşünməyə vaxt var. İctimaiyyətə isə yalnız bir sözüm var: qorxmayın, qorxmayın. Hər şey bizim əlimizdədir”, o qeyd edib.

XS
SM
MD
LG