Accessibility links

Ancaq hüquq müdafiəçisi Leyla Yunusa sovqat qəbul edilməyib

Avqustun 4-dən həbsdə olan politoloq Arif Yunusa Milli Təhlükəsizlik Nazirliyi ilk dəfə olaraq ailənin dostu Azad İsazadənin sovqat göndərməsinə icazə verib. İndiyədək A.Yunusa sovqat qəbul edilmirdi.

Bir gün öncə isə Milli Şuranın sədri Cəmil Həsənli və Milli Şuranın bir neçə üzvünün iyulun 30-da həbs edilərək Kürdəxanı istintaq təcridxanasında saxlanan hüquq müdafiəçisi Leyla Yunusa sovqat göndərmək cəhdi nəticəsiz olub.

Təcridxana ərzaq və dərmanların qəbulundan imtina edir və bildirir ki, sovqatı yalnız yaxın qohumlar göndərə bilər. Hansı ki qanunvericilikdə bu nəzərdə tutulmayıb.

C.Həsənli Leyla Yunus üçün sovqatın qəbul edilməməsinə etiraz edib və bundan sonra da sovqat gətirməkdə davam edəcəyini bildirib.

Arif və Leyla Yunuslar aprelin 29-da Parisə getmək istəyərkən Bakı hava limanında saxlanıb. Yunuslara qarşı dövlətə xəyanət, vergi ödəməkdən yayınma və başqa ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG