Accessibility links

Məhkəmə həbsin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin etməyib

Bu gün Nəsimi rayon Məhkəməsində Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunusun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətə baxılıb. Vəkil həbsin ev dustaqlığı ilə əvəzlənməsini istəyib və məhkəmə vəsatəti təmin etməyib. Bu barədə Amerikanın Səsinə vəkil Xalid Bağırov bildirib.

Oktyabrın 29-da məhkəmə A.Yunusun həbs müddətini 4 ay uzadıb.

Vəkilin sözlərinə görə, Nəsimi rayon Məhkəməsinin hər iki qərarından apellyasiya şikayəti veriləcək.

Arif Yunusun xanımı Leyla Yunus iyulun 30-da Arif isə avqustun 5-də həbs olunub. Onlar dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə ittiham olunurlar.

Arif və Leyla Yunuslar Amnesty International təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

XS
SM
MD
LG