Accessibility links

Amerikanın əzazil polis rəisinə bomba göndərilib


Arizona ştatının rəsmiləri Amerikanın "ən qaba polis rəisi" kimi tanınan Marikopa polis idarəsinin rəisi Co Arpayoya ünvanlanan partlayıcı maddə üzərində təhqiqata başlayıblar. Flaqstaff qəsəbəsinin polisləri içərisində partlayıcı maddə olan bağlamanı cümə axşamı gecə radələrində aşkar etmiş və zərərsizləşdirmişlər.

Şerif Arpayo məhbuslarla sərt davranışı və bölgədəki qeyri-qanuni mühacirlərə qarşı qeyri ənənəvi mübarizə metodları ilə tanınır.

Co Arpayonun mətbuatda geniş işıqlandırılan ölçülərindən biri həbsxanada məhbusları çəhrayı tuman geyinməyə məcbur etməsi olub. Sonradan kriminallara qarşı bu ölçünün populyar olduğunu görən polis rəisi qandalların da çəhrayı rəngə boyanmasına əmr vermişdi.

Federal hökumət rəsmiləri və insan haqları qrupları tərəfindən tez-tez tənqid olunmasına baxmayaraq, Co Arpayo yeri sakinlər tərəfindən təkrar-təkrar polis rəisi seçilib.

Bir həftə öncə Qərbi Virciniya ştatında narkotik alverçiləri ilə mübarizə aparan polis rəisi qətlə yetirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG