Accessibility links

Arizonada ictimai təhlükəsizlik rəsmiləri ştatın Ağ Dağlar adlanan ərazisində doqquz gün itkin düşən qadını xilas edib.

Təhlükəsizlik idarəsi bildirib ki, 72 yaşlı Ann Rodcers nəvələrini görmək üçün martın 31 Föniks şəhərinə gedərkən yolda avtomobilinin benzini qurtardıqdan sonra itkin düşüb.

Rodcers Takson televiziyasına müsahibədə itinin onun sağ qalmasında rol oynadığını deyib.

“Mən və itim sağ qalmaq üçün səhra bitkiləri yeyirdik. O, asan yol tapmaqda mənə kömək edirdi. Bu səyahətdə o mənim yolgöstərənim idi” – deyə Rodcers bildirib.

Rodcers gölməçə suyu içdiyini və taxta ilə yerdə “Kömək edin” sözünü yazdığını deyir. O, avtomobilində olan su və ərzaqın az müddətdə bitdiyini bildirib.

Rəsmilər onun avtomobilini üç gün sonra, onun itini isə aprelin 9-u aşkar edib. Bundan sonra polis Rodcersin yerdə “Kömək edin” yazısını görüb və az müddət içində onu özünü də tapa bilib.

Rəsmilər Rodcersin Fort Apaçi Qoruğunda tapılıdığını deyib. Aşkar edilərkən yaşlı qadının vəziyyətinin pis olmadığı və onun yüngül köməklə özünün xilas vertolyotuna doğru yeriyə bildiyi bildirilir.

XS
SM
MD
LG