Accessibility links

Şarm əl-Şeyx və sadə misirli


Xarici turistlər çimərlikdə dincəlir

Xarici turistlər çimərlikdə dincəlir

Qırmızı dəniz kurortu olan Şarm əl Şeyxə gəlməklə sabiq Misir prezidenti Hüsni Mübarək ölkə vətəndaşlarına tamamilə yad bir dünyaya qədəm qoyub.

80 milyonluq Misir əhalsinin 40 faizi gündəlik 2 dollara dolandıqları halda, Şarm əl-Şeyx beynəlxalq turistlər üçün nəzərdə tutulmuş beş ulduzlu otellər, qolf meydançaları, kasinolar və bahalı mağazalarla doludur. Rəsmi məlumatlara görə istefa verdikdən sonra Mübarək bu kurort şəhərinə üz tutub.

Mübarək keçmişdə tez-tez dövlət başçılarını üzü Aqaba Körfəzinə tərəf baxan villasında qəbul edərdi. Bəzi Yaxın Şərq xəbər agentlikləri isə Hüsni Mübarəkin ümumiyyətlə Misiri tərk etdiyini bildirir.

Sinay adası ilə bərabər bir vaxtlar sakit balıqçı kəndi olan Şarm əl Şeyx 1979-cu ildə imzalanmış sülh müqaviləsinə əsasən İsrail tərəfindən Misirə qaytarılmışdı.

XS
SM
MD
LG