Accessibility links

Ermənistan polisin sözlərinə görə, silahlı şəxs atəş açaraq prezidentliyə səkkiz namizəddən birini yaralayıb.

Rəsmilər deyib ki, Paruir Ayrikyana dünən axşam paytaxt Yerevanda naməlum şəxs güllə atıb.

63 yaşlı Ayrikyanın vəziyyəti indi qənaətbəxşdir.

Ermənistan qanununa əsasən kampaniyasına davam etməyə qadir ola bilmədiyi təqdirdə seçki kampaniyası iki həftəlik təxirə salına bilər.

Hazırkı prezident Serz Sarkisyanın fevral ayının 18-də keçiriləcək prezident seçkilərində qalib gələcəyi ehtimal olunur.
XS
SM
MD
LG