Accessibility links

Ermənistan Azərbaycan vətəndaşını ölkəyə təhvil verib

  • Amerikanın səsi

Ermənistan Azərbaycan vətəndaşını ölkəyə təhvil verib

Ermənistan Azərbaycan vətəndaşını ölkəyə təhvil verib

Ermənistan Rusiyanın vasitəçiliyi ilə Həştərxanda əldə olunmuş razılığa əsasən erməni vətəndaşının cəsədini azərbaycanlı əsirə dəyişərək, Azərbaycan vətəndaşını Bakıya qaytarıb. Ermənistan rəsmiləri iki ölkənin sərhəddində Eldar Tağıyevi Azərbaycan rəsmilərinə təhvil veriblər. O, bir il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan sərhəddində saxlanılıb. Bunun müqabilində Azərbaycan rəsmiləri keçən ay həbsxanada intihar etdiyi deyilən erməni məhbusu Manvel Sarıbekyanın cəsədini Ermənistan tərəfə qaytarıblar. Azərbaycan rəsmiləri Sarıbekyanı təxbirat törətməkdə şübhəli bilərək, sentyabr ayında həbs etmişdi. Hərbi əsirlərin və cəsədlərin dəyişdirilməsi məsələsi ilə bağlı razılıq Ermənistan, Azərbaycan və Rusiya prezidentllərinin keçən həftə Həştərxan görüşü zamanı əldə edilmişdir.

XS
SM
MD
LG