Accessibility links

Ermənistanda prezident seçkiləri keçirilir


Ermənistanda seçicilər bu gün prezident seçkilərində səs verir.

Seçkilərdə böyük ehtimalla hazırkı prezident Serj Sarksyanın qalib gələcəyi deyilir. Respublikaçılar partiyasının artıq 13 il hakimiyyətdə olan üzvü qalib gəlsə, o, növbəti beş il müddətində prezidentliyi davam etdirəcək.

"Mən gələcəyimiz üçün səs verirəm. Mən təhlükəsiz Ermənistana, həmvətənlərimizin və ailələrimizin təhülkəsizliyi və əmin-amanlığına səs verirəm," deyə prezident Serj Sarkisyan bildirib.

Lakin paytaxt Yerevanın bəzi sakinləri Sarkisyana səs vermələrini ondan başqa etibarlı namizədin olmaması ilə əsaslandırır.

Yeravan sakini Qari Kasparyan da həqiqətən yaxşı namizədin olmamasını düşünür. "Çox güman ki, hal-hazırkı prezident ən yaxşı namizəddir. Düşünmürəm ki, başqaları ölkə üçün həqəqtən də nə isə edə bilər," deyə o bildirib.

Keçmiş Sovet respublikaları arasında başqalarından fərqli olaraq Ermənistanda prezident seçkilərində həqiqətən bir neçə partiya arasında rəqabət gedir. Amma dənizə çıxışı olmayan və 3 milyon əhalisi olan respublikada prezidentlik uğrunda yarışlar namizədlər üçün çətin şəraitdə aparılır .

Səkkiz əsas namizəddən biri namizədliyini geri götürüb. İkinci namizəd seçkilərdə səs verməkdən imtina edib. Üçüncü namizəd səsvermədən imtina etməklə yanaşı, aclıq elan edib. Dördüncü namizəd sui-qəsd hücumuna məruz qalıb və hal-hazırda yaralıdır. Beşinci namizəd isə sui-qəsdi törətmiş adamı tanıdığına görə həbs edilməkdən ehtiyat edir. Yerdə qalan üç namizəddən ikisi səsvermənin ilk günündən sonra saxtakarlıqda ittiham edilərək seçkilərdən kənarlaşdırılıb.
XS
SM
MD
LG