Accessibility links

Ermənistan müxalifəti hökumət əleyhinə nümayişləri davam etdirir

  • Amerikanın səsi

Ermənistan müxalifəti hökumət əleyhinə nümayişləri davam etdirir

Ermənistan müxalifəti hökumət əleyhinə nümayişləri davam etdirir

Müxalif Erməni Milli Konqresinin fəalları Yerevanın Azadlıq meydanında çadırlar qurub

Yüzlərlə insan Ermənistan paytaxtında ikinci gündür erkən parlament seçkilərinin keçirilməsi və seçki qanuna dəyişikliklər edilməsi tələbilə nümayiş keçirir. Müxalif Erməni Milli Konqresinin fəalları Yerevanın Azadlıq meydanında çadırlar quraraq, hökumət əleyhinə etiraz aksiyalarını fasiləsiz davam etdirəcəklərini bildirir. Müxalifət bu ilin sonuna qədər Ermənistanda prezident və parlament seçkilərinin keçirilməsini və səsməverdən öncə seçki qanununa dəyişikliklər edilməsini istəyir. Fəallar habelə siyasi məhbusların azad edilməsini və 2008-ci ildə mart ayında seçki sonrası etiraz nümayişlərinin hökumət tərəfindən dağıdıldığı zaman səkkiz adamın ölümülə bağlı təhqiqat aparılmasını tələb edir. Müxalifət lideri, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan seçkilərin nəticələri ilə razılaşmayaraq o vaxtdan bir neçə dəfə etiraz aksiyaları keçirib. Hökumət erkən seçkilərin keçirilməsi tələbini qəbul etmir.

XS
SM
MD
LG