Accessibility links

Elxan Şahinoğlu: Sarkisyan Ermənistanı Rusiyadan tam asılı vəziyyətə salıb [Audio]


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
Bu gün Ermənistanda prezident seçkiləri keçirilir. Bu məsələ ilə bağlı Amerikanın Səsi “Atlas Araşdırmalar Mərkəzi”-nin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə söhbət edib.

Elxan Şahinoğlu: Sarkisyan Ermənistanı Rusiyadan tam asılı etdi
please wait

No media source currently available

0:00 0:05:47 0:00



Elxan Şahinoğlu “Ermənistanda keçirilən prezident seçkilərinuin beynəlxalq standartlara uyğundurmu?” sualının cavabında seçkilərdə rəqabətin olmadığını, Ermənistanın müstəqillik tarixində ilk dəfədir ki seçkilərin belə maraqsız keçdiyini deyib. Politoloq Serj Sarkisyanın əsas üç rəqibinin keçmiş prezidentlər Koçaryan və Ter-Petrosyan, üçüncünün isə Qaqik Sarokyanın bu və ya digər səbəblərdən seçkilərə qatılmadıqlarını bildirib. Buna görə də o, ölkədə rəqabətsiz seçki mühitinin hökm sürdüyünü və namizədlərdən birinə qarşı sui-qəsd planının həyata keçirildiyini qeyd edib.

Politoloq əslində Ermənistan konstitusiyasına əsasən seçkilərin mart ayına qədər təxirə salınmalı olduğunu, lakin hakimiyyətin buna imkan vermədiyini və buna görə də beynəlxalq ictimaiyyətin Ermənistan seçkilərini ədalətli və şəffaf hesab edəcəyinə inanmadığını deyib.

Seçkilərin regiona təsirlərinə gəldikdə isə Elxan Şahinoğlu Sarkisyanın birinci dönəm prezidentliyi zamanı regional baxımdan heç bir müsbət dəyişiklik etmədiyini, Azərbaycanla və Gürcüstanla münasibətlərin olduğu kimi qaldığını bildirib.
Politoloq yeganə dəyişikliyin Ermənistanın Rusiyadan asılılığının daha da artması olduğunu deyib. O, Sarkisyanın son 6-7 ayda Ermənistanı Rusiyadan demək olar ki tam asılı vəziyyətə saldığını bildirib. Politoloqun fikrincə, Sarkisyan Kremlin irəli sürdüyü iki planla - Avrasiya Birliyi və Gömrük İttifaqı planları ilə tam razılaşıb. Bundan əlavə, o deyib ki, Rusiya son zamanlar Ermənistanla hərbi əməkdaşlığı da artırıb.

Bu seçkilərin Ermənistan-Azərbaycan münasibətlərinə təsirindən danışarkən politoloq deyib ki, bundan əvvəl prezidentlik dövründə Sarkisyan bu məsələ ilə bağlı heç bir müsbət addım atmadığına görə bundan sonra da pozitiv bir inkişafın olacağına inanmır. O, Sarkistanın ATƏT-in hazırladığı planı qəbul etmədiyini, hətta Ermənistan prezidentinin Xocalıda hava limanı açmaqla, təxribatçı bir siyasət irəıli sürdüyünü bildirib.
XS
SM
MD
LG