Accessibility links

Serj Sarkisyan prezident Obamadan ermənilərin iddia etdiyi soyqırımı tanımasını istəyib

  • Amerikanın səsi

Serj Sarkisyan prezident Obamadan ermənilərin iddia etdiyi soyqırımı tanımasını istəyib

Serj Sarkisyan prezident Obamadan ermənilərin iddia etdiyi soyqırımı tanımasını istəyib

Ermənistan prezidenti Serj Sarkisyan ABŞ prezidenti Barak Obamanı Osmanlı imperatorluğu dövrü Türkiyədə ermənilərin kütləvi qətllərini soyqırım kimi tanımağa çağırıb. Amerikanın səsinin xəbər mərkəzinin əldə etdiyi məlumata əsasən bu gün Yerevanda müxbirlərlə danışan prezidenr Sarkisyan deyib ki, o, cənab Obamadan aprelin 24-də qətllərin ildönümü günü öz çıxışında bunu qeyd etməsini istəyib. Ermənistan prezidenti bu açıqlamanı ölkədə səfərdə olan isveçrəli həmkarı Mişelin Kalmi-Reylə birgə mətbuat konfransı zamanı verib.

O deyib ki, Ermənistan dəfələrlə Birləşmiş Ştatlardan 20-ci əsrin əvvəllərində kütləvi qətllər və deportasiya qurbanı erməniləri yada salmaq üçün verilən illik bəyanatda soyqırım ifadəsini işlətməyi istəyib. Amerikanın səsinin xəbər mərkəzinin məlumatında deyilir ki, ermənilər həmin hadisələr nəticəsində bir milyon yarım erməninin qırıldığını irəli sürürlər. Türkiyə dövləti isə ermənilərə qarşı nizamlı qırğın kampaniyası aparıldığı iddiasını qəti şəkildə rədd edir. Türkiyə iddia edir ki, Osmanlı imperiyasının dağılması zamanı başverən daxili çaxnaşma və zorakılıqlar nəticəsində türklər də çoxlu itkilər verib.

Mətbuat konfransında İsveçrə prezidenti Kalmi-Rey isə Ermənistan və Türkiyəni ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində dialoqu yeniləməyə çağırıb.

XS
SM
MD
LG