Accessibility links

Riçard Armitaj: Müdafiə sahəsində əməkdaşlığımız sabitdir, siyasi əlaqələrimizi də yüksək səviyyəyə çatdırmalıyıq


Riçard Armitaj: Müdafiə sahəsində əməkdaşlığımız sabitdir, siyasi əlaqələrimizi də yüksək səviyyəyə çatdırmalıyıq
Riçard Armitaj: Müdafiə sahəsində əməkdaşlığımız sabitdir, siyasi əlaqələrimizi də yüksək səviyyəyə çatdırmalıyıq

Türkiyə- Amerika şurasının sədri, Riçard Armitaj ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə nikbin baxdığını deyir. Onun fikrincə, münasibətlərdə həll olmamış müəyyən məsələlər olsa da, iki ölkə arasında əlaqələr yaxşı səviyyədədir.

Dövlət katibi Hillari Klintonun Azərbaycana bu yaxınlarda səfəri müşahidəçilərin fikrincə, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərə müsbət bir stimul verə bilər. Bu səfərin bir müddət ikitərəfli münasibətlərdə yaranmış soyuqluğa son qoyulduğunu nümayiş etdirdiyi düşünülür. Amerika-Türkiyə şurasının sədri Riçard Armitajın fikrincə, səfər ABŞ-ın münasibətlərdə yaranmış soyuqluğa son qoymaq istədiyinə işarədir: “Həqiqətən də, artıq uzun zamandır ABŞ Dövlət katibini Bakıya göndərmirdik. Dövlət katibinin müavini kimi oraya səfər etmişdim, cənab Əliyevlə görüşmüşdüm, onun atasını yaxşı tanıyırdım. Münasibətlərdə bir soyuqluq var idi, fikrimcə, bu soyuqluğa son qoyulub və ümid edirəm ki, cənab Əliyev gələcəkdə cənab Obama ilə görüşəcək və hər şey öz yoluna qoyulacaq. Müdafiə və təhlükəsizlik sahələrində münasibətlər artıq illərdir sabit qalır, lakin siyasi əlaqələrimizin də əvvəlki səviyyədə olmasına ehtiyac var.”

Vaşinqton Azərbaycanla münasibətlərə önəm verdiyini nümayiş etdirərək, Müdafiə naziri Robert Geytsi Bakıya göndərmişdi. Geytsin Azərbaycana prezident Obamanın adından apardığı məktubda ABŞ prezidenti ikitərəfli münasibətlərdə ciddi məsələlərin mövcud olduğunu bildirmişdir. Bu məsələlərin nədən ibarət olduğu sualının cavabında cənab Armitaj insan hüquqları sahəsində müəyyən işlərin görülməli olduğunu bildirir: “Burada bir sıra məsələləri qeyd etmək olar. Bloqqerlərin məşhur işini göstərmək olar. Azərbaycanı uzun müddətdir müşahidə edən bir insan kimi demək istərdim ki, Azərbaycan xalqı müstəqillik əldə edəndən sonra uzun bir yol keçib və burada Avropa kriteriyalarına görə insan hüquqları sahəsində məsələlərlə bağlı suallar qalmaqdadır. Bu, yəqin ki, əsas problemlərdən biri idi. İkicinsi də, ABŞ-ın Türkiyə-Ermənistan yaxınlaşmasına çalışması ilə bağlı idi. Yenə də deyirəm ki, bizim müdafiə sahəsində münasibətlərimiz davamlı inkişaf edib. Lakin bu, bir qədər balansdan kənara çıxıb. Çünki, biz eyni zamanda, təhlükəslik, siyasi, təhsil və mədəni sahələrdə də əlaqələrimizin eyni səviyyədə yaxşı olmasını istəyirik. Bir şeyi də əlavə etmək istəyirəm ki, Azərbaycanın nefti var, zəngin dövlətdir, onun iqtisadiyyatı inkişaf edəcək demək asandır. Lakin neftlə zəngin bir sıra ölkələrin tarixindən görürük ki, neftdən gələn gəlirlərlə düzgün davranmırlar. Mən prezident Əliyevə bu mənada bir qədər imkan vermək istəyərdim, çünki fikrimcə, o başqa ölkələrin də edə bilmədiyi bir işi görməyə çalışır və bu da sərvətlərin Azərbaycan vətəndaşları arasında bərabər bölüşdürülməsindən ibarətdir.

Rəsmi Bakı Vaşinqtonun Türkiyə və Ermənistan arasında sərhədlərin açılması istiqamətində səylərini bu bir ilə yaxın vaxt ərzində diqqətlə izləyirdi. Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır. Lakin Azərbaycan sərhədlərin açılması və Dağlıq Qarabağ probleminin həlli məsələlərinin bir-biri ilə bağlı olduğunu hesab edir və Vaşinqtonun bunları bir-birindən ayırmasına ABŞ-ın Azərbaycanın maraqlarına əhəmiyyət vermədiyi kimi baxır. Cənab Armitaj deyir ki, xanım Klintonun səfəri müəyyən mənada bu qorxuların azalmasına xidmət etmişdir: “Dövlət katibi Klinton bizim Fransa və Rusiya ilə Helsinki prinsipləri və Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərin nədən ibarət olduğu işi üzərində fəalliyyətlərimizi aydın ifadə etdi. Biz ümid edirdik ki, Türkiyə və Ermənistan arasında protokolların imzalanması Dağlıq Qarabağ münaqişəsinin həlilnə müsbət təsir göstərəcək. Lakin qısa müddət üçün bunun əks təsiri oldu və Azərbaycanın reaksiyasına səbəb oldu. Fikrimcə, bu, bizim hamımızın səhfi idi. Məncə, ABŞ bu məsələdə kifayət qədər gemiş məsləhətləşmələr aparmamışdı. Türkiyə də bizim Azərbaycandakı dostlarımızı müəyyən dərəcədə təəccübləndirdi. Hesab edirəm ki, hamımız bundan dəsr aldıq.

Artıq bir ildir ABŞ-ın Azərbaycana səfiri vəzifəsi boş qalır. Prezident Obama Metyü Brayzanı bu vəzifəyə nominasiya edib. Cənab Brayzanın təyinatının təsdiq edilməsi ABŞ-Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə gətirə biləcəkmi sualına Riçard Armitaj onun Qafqaz regionuna yaxşı bilməsinə diqqəti çəkir: “ O, regionu yaxşı bilir, azından onun nəyisə öyrənməsinə ehtiyac olmayacaq, o oraya gedən kimi işləməyə başlayacaq. Bilirsiniz ki, bu nominasiya ilə bağlı müəyyən siyasi çətinliklər qarşıya çıxdı. Onun əvvəlki xidmətlərinə nəzər salaraq, Ermənistanda onun ədalətli və açıq olacağı ilə bağlı suallar qaldırıldı, bəziləri isə onun Gürcüstan prezidenti Mixail Saakaşvili ilə yaxın münasibətlərini sual edirlər. Lakin əvvəl-axır prezidenti kimi istəyirsə, o da olmalıdır. Hesab edirəm ki, o, təsdiq edilsə,bunun ABŞ-a da, Bakıya da faydası olacaq.”

Riçard Armitaj Amerika-Türkiyə münasibətlərini şərh edərkən Vaşinqtonun bəzi mühüm məqamları nəzərdən qaçırdığını bildirir. Onun sözlərinə görə, ABŞ bir tərəfdən, Ermənistanla münasibətlərin normallaşmasına çalışmış, digər tərəfdənsə, Konqresdə erməni soyqırımına dair qətnamənin qəbul edilməsinə imkan vermişdir. Bu isə, nəinki Türkiyə və Ermənistan arasında danışıqları durğun vəziyyətə gətirmişdir, həm də ABŞ-la münasibətlərə ciddi zərər vurmuşdur. Cənab Armitaj artıq iki dəfə təxirə salınmış Amerika-Türkiyə şurasının illik konfransının oktyabr ayında nəyahət baş tutacağına və Türkiyənin həmişəki kimi çox yüksək səviyyədə təmsil olunacağına inandığını bildirdi.



  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG