Accessibility links

ABŞ və Rusiya nüvə silahlarının ixtisarı barədə razılıq əldə ediblər

Obama və Medvedev (arxiv)

Obama və Medvedev (arxiv)

Prezident Barak Obama bildirib ki, Birləşmiş Ştatlar və Rusiya silahlara nəzarət üzrə təqribən iyirmi ildən bəri ən geniş miqyaslı saziş üzərində razılıq əldə ediblər. Bu tarixi müqavilə dünyanın ən nəhənq iki nüvə dövlətinin nüvə cəbhəxanalarının təqribən üçdə bir nisbətində ixtisarını nəzərdə tutur.

Prezident Obama məsələ ilə əlaqədar olaraq Rusiya prezidenti Dimitri Medvedevlə telefonda danışdığını və müqaviləni aprel ayının 8-də Praqada imzalamaq barədə Rus həmkarı ilə razılaşdığını bildirib. ABŞ prezidendi deyib ki, saziş iki ölkənin nüvə silahlarının azaldılması səylərinə rəhbərlik etmək niyyətini nümayiş etdirir.
Prezident Medvedevin bir sözçüsü isə İnterfaksa bildirib ki, saziş iki ölkənin maraqlarını balanslı şəkildə əks etdirir. Dövlət katibi Hillari Kilinton deyib ki, saziş İran və Şimalı Koreya kimi ölkələrin nüvə proqramları və ümumiyyətlə , nüvə silahlarının yayılmasının qarşısını almaq səylərində Birləşmiş Ştatlar və Rusiyaya inamı artıracaq. Sazişi Duma və ABŞ Senatı ratifikasiya etməlidir.

XS
SM
MD
LG