Accessibility links

Neyl Armstronq 82 yaşında dünyasını dəyişib


Neyl Armstronq 82 yaşında dünyasını dəyişib. Ohayo ştatında vəfat edən Amerikanın əfsanəvi astronavtı 1969-cu ilin iyul ayının 20-də Apollon-11 fəza gəmisi ilə Aya səyahət etmişdi.

Onun məşhur radio mesajı hələ də xatirələrdə yaşayır: “İnsan üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng bir sıçrayışdır. ”

Armstronq Edvin Aldrinlə bərabər Ayda bir neçə saat vaxt keçirmişdi.

Son illər ictimaiyyət arasına çıxmayan astronavtın adı bəşər tarixinin səhifələrinə həmişəlik həkk olunub.
XS
SM
MD
LG