Accessibility links

Arnold Şvarzenegger həyat yoldaşından ayrıldı


Arnold Şvarzenegger həyat yoldaşından ayrıldı

Arnold Şvarzenegger həyat yoldaşından ayrıldı

Sabiq Kaliforniya qubernatoru Arnold Şvarzenegger və onun 25 il həyat yoldaşı olmuş Maria Şrayver ayrıldıqlarını elan ediblər.

Cütlük dünən açıqladığı bəyanatda aydın edib ki, bu qərar hər ikisi üçün “çətin və peşəkar keçid dövrünə” təsadüf edir.

Şvarzenegger yeddi il Kaliforniya qubernatoru olduqdan sonra yanvar ayında ofisi tərk edib. Bundan öncə onun Hollivudda uzun və uğurlu karyerası var idi.

Sabiq televiziya jurnalisti Şrayver tanınmış Kennedilər ailəsinin üzvüdür.

XS
SM
MD
LG