Accessibility links

Bu yaxınlarda Arnold Şvartsneggeri Kaliforniyanın Santa Monika şəhərində qəşəng bir qızla nahar edərkən görüblər.

Qızın hərəkətlərindən görmək olur ki, o, məşhur kulturistin diqqətində olmaqdan həzz alır.

Xanım gah saçıyla oynayır, gah da fikrini söhbətə cəmləyə bilmək üçün diqqətlə Şvartseneggerin gözlərinə baxır.

Və 65 yaşlı aktyor onu güldürür.

Bundan sonra Arnold qızı və yeməyinin qalığını özü ilə götürərək restoranı tərk edir.

Onlar bərabər maşına oturaraq gecə qaranlığında yoxa çıxırlar.

Baxmayaraq ki, o, keçmiş həyat yoldaşı Maria Şrayveri hələ də sevdiyini deyir, belə görünür ki, aktyor üçün kinolar kimi qadınlar da “əvəzedilən”dir.

XS
SM
MD
LG