Accessibility links

Argentinada polislə futbol azarkeşləri arasında qarşıdurma baş verib


Dünya futbol çempionatının final oyununda Argentinanın Almaniyaya 1-0 məğlub olmasından sonra paytaxt Buenos Ayresin mərkəzinə toplaşan tərəfdarlarla polis arasında qarşıdurma baş verib.

Obelisk abidəsinin ətrafına yığılan Arqentina milli komandasının azarkeşləri dünya çempionatında əldə etdikləri ikinciliyi qeyd etmək məqsədi ilə dinc yürüşə başlasalar da daha sonra polislə gənclər arasında qarşıdurma baş verib.

Polis daş atan gənclərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Rəsmilərin Associated Press xəbər agentliyiniə bildirdiyinə görə gənclərin çoxu içkili olub.

Qarşıdurma zamanı 15 polisin yaralandığı bildirilir.

Polis 50-ə yaxın azarkeşi həbs edib.

XS
SM
MD
LG