Accessibility links

İncəsənət demokratiya tələb edir filminin təqdimatına imkan verilməyib [Video-Müsahibə və film]


Təqdimatın keçiriləcəyi mərtəbəyə elektrikin verilməsi dayandırılıb. Art for Democracy kampaniyası otel rəhbərliyini məhkəməyə verəcək

Yanvarın 24-də Art for Demokracy kampaniyasının hazırladığı “İncəsənət demokratiya tələb edir” filminin Park İnn otelində təqdimatına imkan verilməyib. Kampaniya qabaqcadan otellə fikmin nümayişi ilə bağlı sənəd imzalayıb.

Belə ki, tədbir başlayan anda otelin ikinci mərtəbəsinə elektrikin verilməsi dayandırılıb. Bütün oteldə elektrik var, ancaq tədbirin keçirildiyi ikinci mərtəbədə elektrik yoxdur.

Təşkilatçılar otelə kənardan texniki vasitələr gətirərək tədbirin keçirilməsini istəyib. Buna isə otel administrasiyası imkan verməyib.

Art for Demokracy təşkilatının rəhbəri Rəsul Cəfərov otel rəhbərliyini məhkəməyə verəcəyini bildirib. Onun fikrincə elektrikin dayandırılması texniki problem deyil, təqdimatın pozulması üçün qəsdən edilən hərəkətdir.

Art for Demokracy kampaniyası 2012-ci ildə Bakıda keçirilən ”Euorovision” mahnı yarışması ərəfəsində yaranıb. Kampaniyanın məqsədi ölkədə demokratik azadlıqların bərpa olunmasıdır.


XS
SM
MD
LG