Accessibility links

Art for Democracy-nin növbəti demokratiya mahnısı


 Logo of Art for democracy

Logo of Art for democracy

Kampaniya növbəti mahnı müsabiqəsinə yekun vurub. Müsabiqəyə demokratiya, insan haqları, sosial problemlər və qanunun aliliyi kimi mövzuları əhatə edən 4 mahnı təqdim edilib.

"Art for Democracy" kampaniyası tərəfindən “Demokratiya naminə musiqi” adı altında keçirilən ikinci mahnı müsabiqəsinin qalibləri müəyyən edilib.

"Art for Democracy"-dan Amerikanın Səsinə bildiriblər ki, avqustdan oktyabrın 25-ə qədər (mahnıların təqdim edilməsi üçün müəyyən edilmiş müddət) müsabiqəyə demokratiya, insan haqları, sosial problemlər və qanunun aliliyi kimi mövzuları əhatə edən 4 mahnı təqdim edilib.

Onlayn səsvermə və münsiflər heyətinin verdiyi ballara əsasən müsabiqədə 1-ci yerə “Azərbaycan Nağılı” mahnısı ilə reper Ramaş layiq görülüb.

Digər təqdim edilmiş mahnılara verilən ballar bərabər olduğundan münsiflər heyəti yerdə qalan hər üç mahnının 2-ci yerə layiq görülməsinə qərar verib.

“Demokratiya” mahnısı ilə Barfly qrupu, “İlham yox” mahnısı ilə Araz İbrahim, “Oğraşdı yalan deyən 3” mahnısı ilə Anar Nağılbaz ikinci yeri bölüşüblər.

“Demokratiya naminə musiqi” adı altında ilk mahnı müsabiqəsi 2013-cü ilin fevralında keçirilib və mayda qaliblər müəyyən edilib. Bu müsabiqədə 1-ci yeri “Zəmanənin işlərinə” mahnısı ilə Aydan (pop janrı), 2-ci yeri “Demos Kratos” mahnısı ilə Set the Strange Boy (rep janrı) və 3-cü yeri “Xalq mahnısı” ilə “Tenqri” qrupu (rok janrı) tutub.

“Demokratiya naminə İncəsənət” kampaniyası “İnsan Hüquqları Klubu” (İHK), onun tərəfdaşları olan “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” (RATİ) və “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (BMAM) birgə təşəbbüsüdür.

İHK tərəfindən koordinasiya edilən kampaniyada hazırda 20-dən artıq QHT, incəsənət nümayəndəsi və jurnalistləri birləşdirir. Bu kampaniya özündən əvvəlki “Demokratiya naminə Musiqi” (Sing for democracy) kampaniyasının davamı olmaqla incəsənətin müxtəlif formaları vasitəsi ilə Azərbaycanda insan hüquqları və demokratik islahatları təşviq edir.
XS
SM
MD
LG