Accessibility links

ART for Democracy-nin tədbiri yenə baş tutmayıb


 Logo of Art for democracy

Logo of Art for democracy

Rəsul Cəfərov bunu sərbəst toplaşmaq və ifadə azadlığının pozuntusu kimi dəyərləndirir

ART for Democracy (Demokratiya naminə incəsənət) adlı tədbirin mayın 8-də Central Park Hoteldəki tədbiri təxirə salınıb. Belə ki, Central Park Hotel təşkilatçılara zəng edərək, onun təxirə salındığını deyib.

Bunun səbəbini oteldə yaranan fövqəladə vəziyyətlə izah ediblər.

Hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib ki, tədbir üçün ödəniş mayın 7-də edilib.

"Bu sərbəst toplaşmaq və ifadə azadlığnın pozuntusudur. Bununla bağlı Avropa məhkəməsinədək gedəcəyik", o qeyd edib.

Hüquq müdafiə kampaniyasının tədbiri artıq bir neçə dəfədir təxirə salınır.
Aprelin sonunda Grand Hotel-də də planlaşdırılan tədbir baş tutmayıb.

Tədbirdən bir gün əvvəl oteldən təşkilatçılara bildiriblər ki, tədbir "qaz sızması" ilə əlaqədar ləğv edilir və məkanın icarəsi üçün verilmiş pul geri qaytarılır.

Mayın 8-də Art for Democracy kampaniyasının veb saytının və bu layihə çərçivəsində hazırlanmış artistik ifadə azadlığı ilə bağlı hesabatın təqdimatı nəzərdə tutulmuşdu.
XS
SM
MD
LG