Accessibility links

Bəzəkli dırnaqlar böyük bir biznesə çevrilib (Video)

  • Amerikanın səsi

Birləşmiş Ştatlarda iqtisadiyyatın tənəzzülə uğradığı bir vaxt biznes sənayesinin müəyyən bir sahəsi çiçəklənməkdədir. İndi qadınlar dırnaqlarına daha çox pul xərcləyirlər. Onlar dırnaqlarını qırmızı, naxışlı mavi, yaşıl, hətta heyvan dəriləri kimi daha rəngarəng rənglərlə boyamağa başlayıblar. Bu da dırnaq sahəsindəki bizneslərin gəlirinin artmasına səbəb olub.

Los Anceles şəhərinin şimalındakı zavodda dırnaq rəngləri şüşə qablara və qutulara yığılaraq, dünyanın 100-dən çox ölkəsinə göndərilir. OPİ adlı bu şirkətin qadınlar üçün istehsal etdiyi dırnaq rəngləri Birləşmiş Ştatlardan tutmuş Asiyaya, Yaxın Şərqdən tutmuş Latın Amerikasına qədər çatdırılır.

Süzi Veys Fişman OPİ zavodunun icraedici incəsənət direktorudur. O, qadınların dırnaqlarını avantyuristik dərəcəsinə çatdırdıqlarını deyir. “Mühafizəkar bir mütəxəssis kimi mavi, yaşıl, hətta ən tüdr rəgli lakdan istifadə etmək mümkündür."

Birləşmış Ştatlarda bir çox qadın dırnaqda nəqqaşlıq təcrübələri aparır.

Cudi Qabor adlı bu qadın dırnaqlardakı rəsmləri gördükdə gözlərinə inanmadığını deyir. Cudi dırnaqlarını rəngləmək üçün Yaponoyada bu sahə üzrə təhsil almış sənətkarların işlədiyi Marie Nails salonuna gəlir.

Mari Uinonun ABŞ və Yaponiyada salonları var. O, dırnaq rəsmlərinin Yaponiyada artıq on ildir, lakin Birləşmiş Ştatlarda son bir neçə ildir çox populyar olduğunu deyir. “Amerikalılar təsirbağışlayıcı dizaynları sevir” - deyə, Mari Uino bildirir.

Belə bir diyazn ustalarından biri də The Hajadır. O, saç uzadılmasında edildiyi kimi, kağız klipləri və dəmir bəndlər kimi qeyri-adı əşyalardan istifadə edərək, 3 demensiyalı dırnaqlar düzəldir. Naja Ledi Qaqa kimi məşhurların dırmğnaqları üzərində işləyir. “Dırnaq sənəti hər bir qadın üçündür. Bu yeni pomadar kimidir. Hər kəs dırnağından acsesuar kimi istifadə edə bilər.” –deyə. Naja bildirir.

Bəzəkli dırnaqlar böyük bir biznesə çevrilib. Naja əvəllər olduğundan qat-qat şox pul qazandığını deyir. OPİ da böyük nailiyyətlər əldə edir. OPİ-ın icraçı direktoru Süzi Veys Gişman son 5 ildə satışın ikiqat artdığını deyir.

Alıcıların çoxu böyük məbləğdə pul xərcləmədən, 5-10 dollara dırnaq rəngi almağın çox səmərəli olduğunu deyirlər. Ekspertlər kosmetika sənayesində dırnaq rənglərinin ucuz olduğu üçün ən çox satılan məhsul olduğunu deyirlər.

XS
SM
MD
LG