Accessibility links

Üsama Bin Ladenin Pakistan torpağında öldürülməsinə görə üzr istənilməyəcək


Üsama Bin Ladenin Pakistan torpağında öldürülməsinə görə üzr istənilməyəcək
Üsama Bin Ladenin Pakistan torpağında öldürülməsinə görə üzr istənilməyəcək

Ağ Ev Üsama Bin Ladenin Pakistan torpağında öldürülməsinə görə üzr istənilməyəciyini bildirir. Sözçü Cey Karninin dediyinə görə, prezident Barak Obama axtarışda olan ən təhlükəli terrorstin məhvinə haqqı olduğunu düşünüb.

Pakistanın baş naziri Üsama Bin Ladeninin öldürülməsi ilə nəticələnən reydin Pakistanın Əl-Qaidə lideriningizlənməsinə yol verdiyinə dair səriştəsizliyini göstərdiyinə dair ittihamlarını rədd edib. Bu gün parlament qarşısında çıxış edən Yusif Raza Gilani bu ittihamları absurd adlandırıb. O, Pakistanın kəşfiyyat agentliyi də daxil edilməklə, Pakistan rəsmilərinin Əl-Qaidə ilə müttəfiq olduğunu düşünənləri ikiüzlülük adlandırıb. Baş nazir Bin Ladenin öldürülməsinin ədalətə müvafiq olduğunu deyib. Yusif Raza Gilani terrorizmin məhvini ölkəsinin prioriteti olduğunu və bu mübarizədə indiyədək 30 min adamın və 5 min təhlükəsizlik qüvvəsi əsgərinin öldürüldüyünü bildirib.

XS
SM
MD
LG