Accessibility links

Amerika azərbaycanlı tələbələr üçün altı həftəlik proqram elan edib


Amerika azərbaycanlı tələbələr üçün altı həftəlik proqram elan edib
Amerika azərbaycanlı tələbələr üçün altı həftəlik proqram elan edib

ABŞ səfirliyi ali və orta məktəblər üçün daha çox qısa müddətli mübadilə proqramlarını həyata keçirmək üçün bu il əlavə olaraq 2 milyon ABŞ dolları məbləğində investisiya ayırır.

ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən maliyyələşdirilən ali təhsil ocaqlarında ingilis dilini bilən birinci, ikinci və üçüncü kurs tələbələri üçün altı həftəlik proqram elan edib. Proqram İREX tərəfindən idarə olunur. Əlavə məlumatı və ərizə formasını www.irex.az saytından əldə edə bilərsiniz. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Səfir Metyu Brayza bildirib ki, iki ölkə arasında qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirmək məqsədilə Birləşmiş Ştatlar və Azərbaycan arasında mübadilə proqramları mühüm bir vasitədir. “Nəzərə alaraq ki, bu sahədə daha çox iş aparmaq lazımdır, ABŞ səfirliyi ali və orta məktəblər üçün daha çox qısa müddətli mübadilə proqramlarını həyata keçirmək üçün bu il əlavə olaraq 2 milyon ABŞ dolları məbləğində investisiya ayırır. SUSİ 2 milyon ABŞ dollar məbləğində olan yeni mübadilə layihəsində yeni bir addımdır. Eyni proqram orta məktəb şagirdləri üçün qarşıdan gələn bir neçə ay ərzində təşkil olunacaq”, - deyə o qeyd edib.

Səfirlik bildirir ki, Amerika hökumətinin 2011-ci il üçün ABŞ İnstitutlarının Öyrənilməsi Proqramına (SUSI) aprelin 22-dək müraciət formasını təqdim etmək olar.

SUSI Azərbaycanın ali təhsil ocaqlarının birinci, ikinci və üçüncü kurs tələbələri üçün nəzərdə tutulmuş ABŞ-ın Hantsvil şəhərində yerləşən Alabama Universitetində akademik təhsil proqramıdır. SUSI proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun proqramıdır və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) tərəfindən idarə olunur. SUSI proqramı ABŞ-da 6 həftəlik dərəcəsiz təhsil proqramıdır.

İştirakçılar Azərbaycanda istiqamətləndirmə alacaq, Hantsvil şəhərində yerləşən Alabama Universitetində ABŞ tarixi, mədəniyyəti və vətəndaş təhsili üzrə proqram keçəcək, Selma /White Hall/ Montgomery, Arizona və Vaşinqton regional öyrənmə səfərlərinə qatılacaqlar. Bundan əlavə, iştirakçılar öz ingilis dili biliklərini də təkmilləşdirə bilər. Tələbələr universitetin yataqxanasında qalacaqlar.

İştirakçılar J-1 viza xərcləri, öz şəhərlərindən ABŞ-da təhsil alacaqları yerə qədər və geriyə yol xərcləri, aylıq təqaüd və təhsil xərcləri, tibbi və bədbəxt hadisələrdən sığorta, yaşayış və yemək xərcləri, gözlənilməz kiçik xərclər, və məzunlar arasında geniş əlaqə və təlim keçmə imkanları ilə təmin olunur.

XS
SM
MD
LG