Accessibility links

2 aprel məhbuslarının məhkəməsi avqustun 9-na təyin edilib


2 aprel məhbuslarının məhkəməsi avqustun 9-na təyin edilib

2 aprel məhbuslarının məhkəməsi avqustun 9-na təyin edilib

Müxalifətçilər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

İctimai Palatanın 2 aprel mitinqi zamanı həbs edilən bir qrup müxalifət fəalının məhkəməsi avqustun 9-na təyin edilib.

Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin cinayət işi üzrə hazırlıq iclası olub. Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

Vəkil Elçin Namazov bildirib ki, hazırlıq iclasında vəkillərin təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin olunmayıb. Prosesdən əvvəl təqsirləndirilənlərin yaxınları məhkəmə iclasını izləmək istəsələr də, polis əməkdaşları onları Nəsimi Rayon Məhkəməsinin qarşısından uzaqlaşdırmaq istəyib və bu zaman insident yaşanıb. Elnur Məcidlinin atası və bir neçə nəfər polisə aparılıb. 2 aprel aksiyası ilə bağlı 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

XS
SM
MD
LG