Accessibility links

ABŞ-da hava şəraitinə görə 4 adamın öldüyü haqda təsdiqlənməmiş məlumat yayılıb

  • Amerikanın səsi

ABŞ-da hava şəraitinə görə 4 adamın öldüyü haqda təsdiqlənməmiş məlumat yayılıb

ABŞ-da hava şəraitinə görə 4 adamın öldüyü haqda təsdiqlənməmiş məlumat yayılıb

Güclü tufan Amerikanın mərkəz ştatlarını dondurucu temperatur,qar yağıntısı və dağıdıcı küləklərə məruz qoyub.Milli Hava Xidməti beş ştat üçün çovğun xəbərdarlıqları açıqlayıb. Təhlükəli hava şəraiti üzündən azı 4 adamın öldüyü haqda təsdiqlənməmiş məlumat yayılıb. Viskonsin ştatının Green Bay şəhərinin sakinləri qaraj və yolkənarlarından qarı kürüməklə məşğul olur. Yüzlərlə uçuş təxirə salınmış, bütün mərkəzi şimal regionu boyunca aeroportlar bağlanmışdır. Çox sayda sərnişin hava limanlarında ilişib qalmışlar. İllinois, Ayova, Miçiqan, Minnesota və Viskonsin ştatlarında magistral yollar bağlanıb. Minnesotada ağır qar Minneapolis Metrodomu stadionun tavanını çökdürüb. Bu arada ABŞ-ın şimal-qərbində rekord leysan yağışları daşqınlara səbəb olub.

XS
SM
MD
LG