Accessibility links

ABŞ dövlət katibi Mərakeşdə həyata keçirilən hücumu qınayıb

  • Amerikanın səsi

ABŞ dövlət katibi Mərakeşdə həyata keçirilən hücumu qınayıb

ABŞ dövlət katibi Mərakeşdə həyata keçirilən hücumu qınayıb

ABŞ dövlət katibi Mərakeşdə16 adamın ölümünə yol açan hücumu qınayaraq, onu qorxaq terror əməli adlandırıb. Hillari Klinton Amerikanın Mərakeş hökumətinə istintaqa yardım təklif etdiyini bildirib. Mərakeşin mərkəzində yerləşən ikimərtəbəli kafedəki hücum zamanı ölənlərin 10-u xaricilər olub. Mərakeş rəsmiləri hücumu terror aksiyası kimi qiymətləndirib. Mərakeş kralı Məhəmməd təhqiqatın sürətləndirilməsinə göstəriş verib. Hazırda Əl-Qəidənin hücumla əlaqəsi olub-olmadığı araşdırlır. Bu ölkədə 2003-cü ildə islamçı ekstremistlər silsilə hücumlar həyata keçirmişdi. Nəticədə 12-i intuharçı olmaqla, 45 adam həlak olmuşdu.

XS
SM
MD
LG