Accessibility links

ABŞ iqtisadiyyatda dirçəliş və istehlakçı etimadının artdığı müşahidə edilir


ABŞ iqtisadiyyatda dirçəliş və istehlakçı etimadının artdığı müşahidə edilir
ABŞ iqtisadiyyatda dirçəliş və istehlakçı etimadının artdığı müşahidə edilir

ABŞ-ın Ticarət Nazirliyinin hesabatına görə, iqtisadiyyatda dirçəliş və istehlakçı etimadının artdığı müşahidə edilir. Hesabatda son 8 ay ərzində istehsalat sahəsində ciddi inkişaflar əldə edildiyi bildirilir. Noyabr ayında davamlı istehlak malları sahəsində və nəqliyyat sektorunda 2.4 faiz artım müşahidə edilib. Əmək Nazirliyinin bildirdiyinə görə, işsizlik təzminatına müraciət edənlərin sayı ötən həftə bir qədər azalıb. Bu isə bazarların dirçəlişinə işarə hesab edilir. Miçiqan universitetinin hesabatında son 6 ay ərzində istehlakçı etimadının artdığı bildirilir. 5 ay ərzində ABŞ iqtisadiyyatının əsasını təşkil edən istehlakçı xərclərinin artdığı deyilir.

XS
SM
MD
LG