Accessibility links

ABŞ-ın 28 ştatı və paytaxt Vaşinqtonda işsizlərin sayı atıb


ABŞ-ın 28 ştatı və paytaxt Vaşinqtonda işsizlərin sayı atıb
ABŞ-ın 28 ştatı və paytaxt Vaşinqtonda işsizlərin sayı atıb

ABŞ hökumətinin hesabatına görə, iyul ayında Amerikanın 50 ştatının yarısından çoxunda yeni iş yerlərinin açılması sahəsində vəziyyət yaxşı olmayıb. 28 ştat və paytaxt Vaşinqtonda işsizlərin sayı atıb. 9 ştatda işsizlik səviyyəsi azalıb, 13 ştatda dəyişməz qalıb. İyul ayında 117 min yeni iş yerinin açılmasına baxmayaraq, bu, ilin əvvəli ilə müqayisədə çox az iş yeri hesab edilir. Hazırda 14 milyon insan işsizdir. Milyonlarla adam ya yarımştat , ya da daha az saat çalışır. Kaliforniya və Nevada ştatları işsizlik səviyyəsi ən yüksək olan ştatlardır.

XS
SM
MD
LG