Accessibility links

ABŞ prezidenti Gridiron şam ziyafətində respublikaçılar və demokratları güldürüb


ABŞ prezidenti Gridiron şam ziyafətində respublikaçılar və demokratları güldürüb
ABŞ prezidenti Gridiron şam ziyafətində respublikaçılar və demokratları güldürüb

ABŞ prezidenti dünən axşam 126-cı Gridiron şam ziyafətində respublikaçılar və demokratları güldürüb. Barak Obama Brus Springstinin “Amerikada doğulmuş” mahnısını ifa edilərkən “təkrar etməyə dəyər”-deyə bildirib. ABŞ dövlət başçısı bu sözlərlə bəzi mühafizəkarların onun Havayda deyil, İndoneziyada doğulduğuna dair iddialara işarə edib. Gridiron klubu hər il hökumət rəsmiləri, siyasətçilər və biznes liderlərini bir araya gətirib, parodiyalar, məzəli mahnılar və yumorla şam ziyafəti verən jurnalist təşkilatıdır. Barak Obama ilk dəfə 1885-ci ildə təşkil edilən Gridiron şam ziyafətində iştirak edən 21-ci prezidentdir.

XS
SM
MD
LG