Accessibility links

ABŞ İranda insan hüquqlarının vəziyyətinə dair narahatlığını bildirir

  • Amerikanın səsi

ABŞ İranda insan hüquqlarının vəziyyətinə dair narahatlığını bildirir

ABŞ İranda insan hüquqlarının vəziyyətinə dair narahatlığını bildirir

ABŞ İranda insan hüquqları üzrə vəkillərə qarşı davam edən təzyiqlər və həbslərə görə narahatlığını bildirirək, onların dərhal azadlığa buraxılmasına çağırıb. Dövlət Departamentinin sözçüsü P.J.Krouli bildirib ki, İran liderləri hüquqları uğrunda mübarizə aparanların susdurulması cəhdlərinin diqqətsiz qalmadığını bilməlidir.Dövlət Departamenti İranı siyasi məhbusların azad edilməsinə səsləyib. İranda 2009-cu il prezident seçkilərindən sonra insan hüquqları üzrə vəkillər, jurnalistlər və hökuməti tənqid edən fəallar qarşıdurma cəhdində ittiham edilərək həbs edilib. Bu həftənin əvvəlində İranın insan hüquqları idarəsinin rəhbəri Məhəmməd Cavab Laricani BMT-nin İranda insan hüquqlarının vəziyyətinə dair hesabatının yalanla dolu olduğunu demişdi.

XS
SM
MD
LG