Accessibility links

Şahzadə Vilyam Keyt Middltonla gələn il aprelin 29-da evlənəcək


Şahzadə Vilyam Keyt Middltonla gələn il aprelin 29-da evlənəcək

Şahzadə Vilyam Keyt Middltonla gələn il aprelin 29-da evlənəcək

Britaniya kral ailəsi deyir ki, şahzadə Vilyam Keyt Middltonla gələn il aprelin 29-da Londonun Vestminister kilsəsində evlənəcəklər. Açıqlama 28 yaşlı cütlüyün nişanlanmalarını elan etməsindən sonraya təsadüf edir. Şahzadə Vilyam ötən ay Keniyada istirahət edərkən Middltona anasından miras qalmış sapfir və brilyant qaşlı nişan üzüyü verib. Şahzadə Vilyamın nənəsi Kraliça Elizabet də Vestminster kilsəsində evlənmişdi. Şahzadə Diananın dəfn mərasimi də bu kilsədə keçirilmişdi.

XS
SM
MD
LG