Accessibility links

Almaniyada kütləvi aksiyalar keçirilib


Almaniyada kütləvi aksiyalar keçirilib

Almaniyada kütləvi aksiyalar keçirilib

Yaponiyada nüvə reaktorundakı partlayışdan sonra Almaniyada hökumətin enerji mənbəyi kimi nüvə proqramının genişləndirilməsi planına etiraz olaraq kütləvi aksiyalar keçirilib. Ölkənin 4 böyük şəhərində 200 minə yaxın insan nümayişə qatılıb. Aksiyalar Berlin, Hamburq, Köln və Münhen şəhərlərində keçirilib. Nümayişçilər 17 nüvə obyektinin əlavə 12 il işlədilməsi planına kəskin reaksiyalar bildirib. Almaniyanın əsas müxalifət partiyası Sosial Demokratlar bildirir ki, Yaponiya fəlakəti Almaniyanın nüvə siyasətini dəyişməlidir. Nüvə enerjisindən istifadə edilməsini Almaniya kansleri Angela Merkel irəli sürüb. Kansler bu yaxınlarda 7 nüvə obyektinin müvəqqəti olaraq işini dayandıracağını bəyan etmişdi.

XS
SM
MD
LG