Accessibility links

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin baş müşaviri Yermuxamed Yertisbayevlə dəyirmi masa müzakirəsi


Qazaxıstan prezidenti Nursultan Nazarbayevin baş müşaviri Yermuxamed Yertisbayevlə dəyirmi masa müzakirəsi
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin baş müşaviri Yermuxamed Yertisbayevlə dəyirmi masa müzakirəsi

Qazaxıstan ATƏT-in son 11 il ərzində keçirilən sammitinə ev sahibliyi etməyə hazırlaşır. Dekabrın 1-i və 2-si Astanada təşkil ediləcək sammit zamanı Orta Asiyada vəziyyət diqqət mərkəzində olacaq

Qazaxıstan ATƏT-in son 11 il ərzində keçirilən sammitinə ev sahibliyi etməyə hazırlaşır. Dekabrın 1-i və 2-si Astanada təşkil ediləcək sammit zamanı Orta Asiyada vəziyyət diqqət mərkəzində olacaq. Görüş ərəfəsində bir sıra qurumlar müzakirələr keçirir. Bunlardan biri Freedom House-un Qazaxıstan prezidenti Nursultan Nazarbayevin baş müşaviri Yermuxamed Yertisbayevlə keçirdiyi dəyirmi masa müzakirəsidir.

Yermuxamed Yertisbayev ilk öncə Nursultan Nazarbayev və Özbəkistan prezidenti İslam Kərimovun Orta Asiya regionunda liderlik uğrunda yarışdıqlarına dair mübahisəli fikirləri rədd edib. O, regionda bazar iqtisadiyyatının müxtəlif modelləri olduğunu deyib. Yertisbayev prezident Nazarbayevin son 20 il ərzində həyata keçirdiyi islahatlar və bazar iqtisadiyyatı siyasətini uğurlu adlandırıb və bunun effektivliyini vurğulayıb.

O deyib ki, dövlət başçısı hələ bir necə il əvvəl Orta Asiya İttifaqının yaradılmasını təklif etmişdi. Təsəvvür edin ki, beş respublikanı birgə götürülsə və ABŞ, Çin və Rusiyanın regiona olan marağı nəzərə alınsa, 70 milyonluq bir bölgənin iqtisadi durumu necə ola bilərdi?-deyə Qazaxıstan prezidentinin baş müşaviri bildirib. “Qazaxıstanın uzunmüddətli inkişaf yolunda irəliləməsi əsas götürülməlidir. Bu ölkədə 19 il bundan əvvəl Sovet İttifaqının süqutundan sonra heç bir ciddi etnik münaqişə, siyasi və sosial qarşıdurma olmayıb. Hazırda Qazaxıstanın milli fondu 55 milyard dollarlıq büdcəyə malikdir.Ölkəyə olan investisiya marağı güclüdür.

ATƏT-in son bir il ərzində rəhbərliyini icra edən Qazaxıstanın regionda nə kimi dəyişiklilərə yol açdığı barədə Yermuxamed Yertisbayev deyib ki, Qazaxıstanda prezident Bakiyevin hakimiyyətdən devrilməsindən sonra Qırğızıstanda cərəyan edən hadisələrə diqqətlə yanaşıb. “Qırğızıstana təkcə konkret yardım deyil, vəziyyətdən çıxış üçün konkret siyasi üsullar da təklif edilib.Orta Asiya respublikaları ilə sıx əlaqələrə malik olan Qazaxıstan regionun təhlükəsizliyi, əməkdaşlıq, narkotik maddə qacaqmalçılığı, dini ekstremizm və terrorizmlə mübarizədə böyül rol oynayır .

Qazaxıstan prezidentinin baş müşaviri Yermuxamed Yertisbayev bildirib ki, ilk sammitdən 11 il sonra keçirilən bu tədbir region üçün böyük əhəmiyyət kəsb edəcək. Belə ki, bu müddət ərzində diqqət yetirilməli bir sıra problemlər yaranıb.

Regionda insan hüquqlarının vəziyyətinə gəldikdə isə Yertisbayev bu sahədə vəziyyətin pis olduğunu demək istəmədiyini, lakin problemləri inkar da etmək istəmədiyini bildirib. “Əlbəttə miqrasiya və qaçqınlarla bağlı problemlər mövcuddur. Qanunvericilik bazası lazımi şəkildə işləmir. Dövlətlərarası təfərrüatlı razılıqlar yoxdur. Bu haqda yalnız sammitdə danışmaqla kifayəıtlənmək olmaz, bu sahədə ciddi iş aparılmalıdır.

Yertisbayev bildirib ki, Qazaxıstan bu kimi fəaliyyətlərini ATƏT-ə prezidentlik etdiyi dövründə deyil, daimi şəkildə davam etdirəcək.

XS
SM
MD
LG