Accessibility links

AXCP fəalı iki il həbsə məhkum edilib


AXCP fəalı iki il həbsə məhkum edilib

AXCP fəalı iki il həbsə məhkum edilib

Şahin Həsənli müxalifətin 2 aprel aksiyasından öncə, qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilib. O ittihamı qondarma adlandırıb.

Şəmkir Rayon Məhkəməsi müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin 2 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Vəkil Mənsum Bayramov bildirib ki, hökm ədalətsizdir və cənab Həsənli siyasi fəaliyyətinə görə həbs olunub.

Xatırladaq ki, Şahin Həsənli Ictimai Palatanın 2 aprel aksiyasından iki gün öncə martın 31-də həbs edilib. O, Cinayət Məcəlləsinin qanunsuz odlu silah saxlama maddəsi ilə ittiham olunur. AXCP və Ictimai Palata ilk gündən həbsin siyasi sifariş olduğunu bəyan edib. Şahin Həsənli isə ittihamın qondarma olduğunu bildirib.

XS
SM
MD
LG