Accessibility links

Ban Ki Mun Suriyada insan hüquqlarının pozulması hallarına dair məlumatların narahatedici olduğunu deyib

BMT-nin baş katibi Ban Ki Mun Suriya prezidenti Bəşar Əl-Əsədlə telefon söhbəti zamanı hökumət qüvvələrinin dinc əhaliyə hücumları və insan hüquqlarının ciddi şəkildə pozulması hallarına dair məlumatların narahatedici olduğunu deyib. Əsəd isə hərbi və polis əməliyyatlarının dayandırıldığını deyib. BMT sözçüsününü bildirdiyinə görə, baş katib zorakılıqlarla bağlı müstəqil araşdırmalara və Suriyanı BMT-nin insan hüquqları idarəsi ilə əməkdaşlığa çağırıb. Bu gün BMT-nin Təhlükəsizlik Şurasında insan hüquqları idarəsinin rəhbəri Navi Pillay çıxış edir. O, Təhlükəsizlik Şurasından Suriyanın Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini istəyəcək. Bazar ertəsi şura Suriyadakı zorakılıqlarla bağlı xüsusi sessiya keçirməlidir. Sessiya İordaniya, Küveyt, Qətər və Səudiyyə Ərəbistanı daxil edilməklə,şuranın 24 üzvünün tələbi ilə keçiriləcək.

XS
SM
MD
LG