Accessibility links

Bayram mövsümü alış-verişi şirkətlərin illik gəlirlərinin 40 faizini təşkil edir


Bayram mövsümü alış-verişi şirkətlərin illik gəlirlərinin 40 faizini təşkil edir
Bayram mövsümü alış-verişi şirkətlərin illik gəlirlərinin 40 faizini təşkil edir

Iqtisadi hesabatlara görə, amerikalılar ötən ay daha çox pul qazanıb və daha çox pul xərcləyib. Iki il bundan əvvəllə müqayisədə işsizlik təzminatına müraciət edənlərin sayı az olsa da, göstəricilər hələ də yüksək olaraq qalır. Amerikanın İstehlakçı Federasiyasının sorğularına görə, indi amerikalılar əvvəlki illərdən daha az stress keçirir. Milad bayramı öncəsi alış-veriş mövsümündə bu, pərakəndə satış şirkətləri üçün yaxşı xəbərdir. Bu mövsümdə adətən şirkətlər illik gəlirlərinin 40 faizini əldə edirlər.

ABŞ iqtisadiyyatının inkişafının aparıcı qüvvəsi istehlakçı xərcləridir. Istehlakçı xərcləri iqtisadiyyatın 70 faizini təşkil edir. 3 ayda artım müşahidə edilsə də , cəmi 2.5 faiz artım qeydə alınıb. İqtisadçıların fikrincə, işsizliyin 1 faiz azaldılması üçün bu göstərici heç olmasa 5 faiz təşkil etməlidir.

Amerikada işsizlik 9.6 faiz təşkil edir. Gələn il bunun əhəmiyyətli şəkildə azalacağı gözlənilmir. Lakin bütün bunlarla yanaşı,istehlakçı xərclərinin az da olsa artması bir çoxları üçün sevindirici haldır.

XS
SM
MD
LG