Accessibility links

Breqa şəhəri uğrunda qızğın döyüşlər gedir


Breqa şəhəri uğrunda qızğın döyüşlər gedir
Breqa şəhəri uğrunda qızğın döyüşlər gedir

Liviyanın rəqib qüvvələri və prezident Müəmmər Qəzzafiyə sadiq qüvvələrin Breqa şəhəri uğrunda qızğın döyüşlər apardığı bir vaxt Britaniyanın diplomatik missiyası rəqib qüvvələrin istehkamı olan Benqaziyə səfər edib. Heyətə rəhbərlik edən Kristofer Prentis üsyançıların Milli Keçid Şurasının liderlər ilə görüşüb. Breqa şəhərində isə ağır silahlanmış hökumət qüvvələri rəqib döyüşləri sıxışdırmaqda davam edir. Aralıq dənizi sahilində yerləşən Breqanın nəzarəti son günlər dəfələrlə əldən ələ keçib. Qəzzafi ordusu yüngül silahlanmış və təlim keçməyən rəqib döyüşüçüləri asanlıqla şəhərdən çıxara bilir.

Bu arada NATO koalisiya qüvvələri tərəfindən rəqib döyüşlərin atəşə məruz qaldığına dair iddiaları araşdırır. Liviya hökuməti hava hücumları nəticəsində Breqa yaxınlığında 6 kənd sakininin həlak olduğunu bildirir.

XS
SM
MD
LG