Accessibility links

Britaniyalı fotoqrafı qətlə yetirən İsrail əsgərinin vaxtından əvvəl azadlığa buraxılacaq


Britaniyalı fotoqrafı qətlə yetirən İsrail əsgərinin vaxtından əvvəl azadlığa buraxılacaq

Britaniyalı fotoqrafı qətlə yetirən İsrail əsgərinin vaxtından əvvəl azadlığa buraxılacaq

Çıxarılan məhkəmə qərarına görə Taysir Hayeb altı il yarım həbsdə olandan sonra azadlığa buraxılacaq

İsrail hərbi məhkəməsi 2003-cü ildə Qəzza Zolağında britaniyalı sülhməramlını qətlə yetirdiyinə görə həbsə alınmış İsrail əsgərinin vaxtından əvvəl azadlığa buraxılmasına sərəncam vermişdir. Bazar ertəsi çıxarılan məhkəmə qərarına görə səkkiz il həbs cəzasına məhkum olunmuş Taysir Hayeb altı il yarım həbsdə olandan sonra azadlığa buraxılacaq. İsrail mətbuatı bildirib ki, o mülayim rəftarına görə vaxtından əvvəl azadlığa çıxacaq. Hayeb Tomas Harndalın ölümündə günahkar bilinir. Tomas Harndal 2003-cü ildə Fələstin yönümlü Beynəlxalq Həmrəylik Hərəkatının fotoqrafı vəzifəsində işləyərkən güllələnmişdi. Şahidlər deyir ki, hadisə Qəzzanın Rafah şəhərində Harndall kömək məqsədi ilə fələstinli uşağları İsrail əsgərlərindən kənarlaşdırmağa cəhd göstərəndə baş verib.

XS
SM
MD
LG