Accessibility links

Çinə səfir vəzifəsinə ticarət naziri Qari Lok nominasiya edildi


Çinə səfir vəzifəsinə ticarət naziri Qari Lok nominasiya edildi
Çinə səfir vəzifəsinə ticarət naziri Qari Lok nominasiya edildi

Çin mətbuatında ABŞ prezidenti Barak Obamanın Çinə irəli sürdüyü səfirlə bağlı müsbət reaksiyalar bildirilir. ABŞ-ın Çindəki növbəti səfiri vəzifəsinə Ticarət naziri Qari Lok nominasiya edilib. Atası və babası Çində anadan olan Lok Vaşinqton ştatının iki dəfə qubarnatoru vəzifəsində çalışıb. O, Amerikada qubernator vəzifəsinə yiyələnən ilk Çin mənşəli şəxsdir.Çinlə ticarət əlaqələrinə güclü dəstək verən Qari Lok o ölkə ilə bir necə ticarət missiyasına rəhbərlik edib. Xəbərlərdə prezident Obamanın tanınmış səfir Con Hantsmanı əvəz etməsi onun Çinlə münasibətlərin yaxşılaşdırmaq niyyətini nümayiş etdirdiyi bildirilir.

XS
SM
MD
LG