Accessibility links

Cənubi Çin dənizində ərazi iddiaları ilə bağlı mübahisələrin dinc yolla həllinə çağırılır


Cənubi Çin dənizində ərazi iddiaları ilə bağlı mübahisələrin dinc yolla həllinə çağırılır
Cənubi Çin dənizində ərazi iddiaları ilə bağlı mübahisələrin dinc yolla həllinə çağırılır

ABŞ dövlət katibi Hillari Klinton və İndoneziyanın xarici işlər naziri Marti Natalegava Çin və ASEAN ölkələrini Cənubi Çin dənizində ərazi iddiaları ilə bağlı mübahisələrin dinc yolla həlli barədə razılığa riayət etməyə çağırıb. Diplomatlar məsələni bu gün Balidə müzakirə edib. Birgə mətbuat konfransında xanım Klinton deyib ki, Cənubi Asiya Ölkələri Assosiasiyası və Çin sərvətlərlə zəngin bu regionda münaqişəyə yol verməməlidir. İndoneziyanın xarici işlər naziri Marti Natalegava isə bildirib ki, noyabr ayında ölkəsinin ev sahibliyi edəcyi Şərqi Asiya sammitinədək nailiyyət əldə ediləcəyinə ümid bəsləyir. Sammitndə Amerika ilk dəfə iştirak edəcək. Cin Filippin, Malayziya, Bruney, Vyetnam və Tayvanın ərazi iddialarını rədd edərək, bütöv regionun ona məxsus olduğunu bildirir.

XS
SM
MD
LG