Accessibility links

Dmitri Medvedev:Hakimiyyətin bir əldə cəmləşməsi təhlükəli ola bilər


Dmitri Medvedev:Hakimiyyətin bir əldə cəmləşməsi təhlükəli ola bilər
Dmitri Medvedev:Hakimiyyətin bir əldə cəmləşməsi təhlükəli ola bilər

Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, hakimiyyətin bir əldə cəmləşməsi təhlükəli ola bilər. Prezident bildirib ki, Rusiyada əvvəllər də hakimiyyət cəmləşməsi halları baş verib və onlar inqilablar və vətəndaş müharibələrinə yol açıb. Dmitri Medvedev bunun bir daha baş verə biləcəyi barədə xəbərdarlıq verib. Adını çəkməsə də, onun baş nazir Vladimir Putini nəzərdə tutduğu ehtimal edilir. Bu gün Rusiyanın Kostroma şəhərində danışan prezident siyasi sistemin bir şəxs özərinə biçildiyini bildirib. Bu ayın əvvəllərində Putin dekabr ayında keçiriləcək parlament seçkilərinə hazırlıq məqsədi ilə Vahid Rusiya partiyası ətrafında daha geniş siyasi cəbhə yaradılmasını təklif etmişdi. Putinlə Medvedev 2012-ci il prezident seçkilərində ikisindən birinin iştirak edəcəyini deyirdi. Lakin hələlik heç biri namizədliyini irəli sürməyəcəyini bildirməyib.

XS
SM
MD
LG