Accessibility links

Dominikan Respublikasında Amerika ölkələrinin nazirlər toplantısı keçirilir

  • Amerikanın səsi

Dominikan Respublikasında Amerika ölkələrinin nazirlər toplantısı keçirilir

Dominikan Respublikasında Amerika ölkələrinin nazirlər toplantısı keçirilir

ABŞ-ın dövlət katibi Hillari Klinton Dominikan Respublikasında keçirilən Amerika ölkələrinin illik nazirlər toplantısında iştirak edir. Toplantının açılışında Dominikan Respublikasının xarici işlər naziri Karlos Morales Tronkoso bildirib ki, “Rifaha doğru yol” toplantısı regionda demokratiya və azad bazar siyasətinə sadiq ölkələr üçün ümimi bir platforma rolu oynayır. Toplantıda Kanada, Kosta Rika, Meksika və Peru daxil olmaqla, 15 ölkənin təmsilçisi iştirak edir. İştirakçılar arasında BMT, Amerika Ölkələri Təşkilatı və Amerikalararası İnkişaf Bankının nümayəndələri də var. Argentina, Braziliya və Venesuela toplantıda iştirak etmir.

XS
SM
MD
LG