Accessibility links

Dünya ictimaiyyəti ABŞ diplomatı Riçard Holbrukun vəfatına görə kədərini bildirir

  • Amerikanın səsi

Dünya ictimaiyyəti ABŞ diplomatı Riçard Holbrukun vəfatına görə kədərini bildirir

Dünya ictimaiyyəti ABŞ diplomatı Riçard Holbrukun vəfatına görə kədərini bildirir

Dünya ictimaiyyəti dünən dünyasını dəyişən ABŞ diplomatı Riçard Holbrukun vəfatına görə kədərini bildirir. ABŞ prezidenti Barak Obama 69 yaşlı Holbrukun ölümünə görə təssüfünü bildirərək, onu Amerikanın xarici siyasətinin nəhəngi adlandırıb, Holbrukun Amerikanı daha təhlükəsiz, güclü və ehtirama layiq bir ölkə kimi təmsil etdiyini deyib. ABŞ dövlət katibi Hillari Klinton Riçard Holbruku ən sadiq ictimai xadim adlandırıb. Holbrukla bir necə dəfə sözü tutmayan Əfqanıstan prezidenti Həmid Karzay ABŞ xalqına başsağlığı verib. Amerikanın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi ABŞ dövlət katibi Hillari Klintonla görüş zamanı özünü piss hiss etmişdi. Uzunmüddətli cərrahiyyə əməliyyatlarından sonra cənab Holbruku xilas etmək mümkün olmamışdı.

XS
SM
MD
LG