Accessibility links

Fukuşima AES-nın reaktorundan radiaktiv su boşaldılmağa başlayıb


Fukuşima AES-nın reaktorundan radiaktiv su boşaldılmağa başlayıb

Fukuşima AES-nın reaktorundan radiaktiv su boşaldılmağa başlayıb

Fukuşima atom elektrik stansiyasının ciddi ziyan dəymiş reaktorundan radiaktiv su boşaldılmağa başlayıb. Bu, reaktorun soyuducu sisteminin təmirinə doğru ilk addım hesab edilir. Tokionun elektrik enerjisi şirkətinin rəsmiləri gələn iki və ya üç həftə ərzində iki nömrəli obyektdən 10 min ton suyun çıxarılacağını deyir.Reaktorun zirzəmisində 25 min ton radiaktiv suyun yığıldığı təxmin edilir. Birinci və üçüncü reaktrordan eyni həcmdə su artıq çıxarılıb. Yaponiyanın Nüvə Təhlükəsizliyi Agentliyi dünən ilk dəfə olaraq, yanacaq naqillərinin əriyərək, üç obyektə töküldüyünü etiraf etmişdi.

XS
SM
MD
LG